PARADOKS

AKTUAL

Tramp ABŞ-da fövqəladə vəziyyət rejiminin müddətini uzadıb: "Terror təhlükəsi var"

11-09-2018, 12:52
  •     
  • Dünya |
  •  Oxunma: 21

Tramp ABŞ-da fövqəladə vəziyyət rejiminin müddətini uzadıb: "Terror təhlükəsi var" ABŞ prezidenti 2001-ci il sentyabrın 14-də elan edilən fövqəladə vəziyyət rejiminin müddətini daha bir il uzatdığını bəyan edib





ABŞ prezidenti Donald Tramp 2001-ci il sentyabrın 11-dən sonra ölkədə elan edilən fövqəladə vəziyyət rejiminin müddətini daha bir il uzadıb. Hədəf14.az xəbər verir ki, bu barədə məlumat Ağ Evin rəsmi saytında yerləşdirilib.



ABŞ prezidentinin bəyanatında qeyd olunur ki, ölkədə terror təhlükəsi hələ də qalır və buna görə də 2001-ci il sentyabrın 14-də elan edilən fövqəladə vəziyyət rejiminin müddətini daha bir il uzadır.



Qeyd edək ki, 2001-ci il sentyabrın 11-də terrorçular ələ keçirdikləri 4 sərnişin təyyarəsini Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin yerləşdiyi binalara və Vaşinqton ətrafında yerləşən Pentaqonun binasına çırpıblar. Onlardan biri isə ABŞ paytaxtına çatmadan Pensilvaniya ştatında qəzaya uğrayıb. Ümumilikdə terror aktları nəticəsində 2977 nəfər ölüb, 6300-ə yaxın insan yaralanıb.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI