PARADOKS

AKTUAL

Londonda onlarla oliqarxın aktivlərinə həbs qoyulması gözlənilir

10-09-2018, 12:57
  •     
  • Dünya |
  •  Oxunma: 57

Londonda onlarla oliqarxın aktivlərinə həbs qoyulması gözlənilir Solsberigə “Noviiçok” kimyəvi silahı ilə sui-qəsd həyata keçirmiş iki QRU agenti barədə informasiyanın açıqlanmasından sonra onlarla rusiyalı oliqarxın Böyük Britaniyadakı aktivlərinə həbs qoyulması gözlənilir. Virtualaz.org xəbər verir ki, bu haqda “The Daily Mail” nəşri yazıb.
Qəzet hökumətdəki mənbələrə istinad edərək bildirir ki, yaxın alylarda mütəşəkki cinayətkarlıqla mübarizə üzrə Milli agentlik 100-dən çox xarici vətəndaşa qarşı “naməlum mənşəli vəsait hesabına əldə edilmiş əmlak” sorğusu üzrə tədbirlər görəcək. Onlardan çoxu rusiyalıdır.

Böyük Britaniyada qəbul edilmiş qanuna görə bu ölkədə dəyəri 50 min dollardan baha olan əmlak, aktiv əldə edən xaricilər vəsaitin mənbəyini göstərməli, bu pulların qanuni şəkildə qazanıldığını sübut etməlidir. Əks halda onların aktivlərinə həbs qoyulur.

Bir neçə ay əvvəl həmin qanunun cəmi 3 dəfə tətbiq edildiyi üzə çıxanda hökumətin nazirləri kəskin tənqidə məruz qalmışdı. İndi isə bildirilir ki, mütəşəkkil cinayətkarlığa qarşı milli Agentlik 100-dən çox belə sorğu verib. Həmin sorğulara cavab almaq vaxt tələb edir. “Lakin yəqin çoxlarının nəzərindən qaçmayıb ki, Roman Abramoviç kimi oliqarx çoxdandır Britaniyada görünmür”-qəzet yazır.

Baş prokuror Ceffri Koks İcmalar palatasında bildirib ki, yaxın aylarda mənbəyi məlum olmyan pullar hesabına əldə edilmiş əmlaka dair “xeyli sayda” sorğu ilə bağlı addım atılacaq.

Habelə Böyük Britaniya invstor vizası ilə ölkəyə gələn rusiyalıların və “düşmənçilik fəaliyyətinə qarışan” digərlərinin ölkəyə girişini məhdudlaşdırır. Onlara qarşı viza məhdudiyyətləri tətbiq olunur, şəxsi təyyarələri yoxlanılır. “Rəsmi şəxslər artıq ölkədə 2 milyon funt investisiya qoymaqla yaşamağa imkan verən Tier 1 vizası ilə bağlı yoxlamalar aparır”-məlumatda deyilir.

Gözlənilir ki, məhdudiyyətlərlə üzləşən rusiyalı oliqarxlar arasında İqor Şuvalov, Anrey Yakunin, Roman Abramoviç, Oleq Deripaska və digərləri ola bilər.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI