PARADOKS

AKTUAL

Xamenei: İran və Rusiya ABŞ təcavüzünün qarşısını ala bilər

8-09-2018, 13:01
  •     
  • Dünya |
  •  Oxunma: 100

Xamenei: İran və Rusiya ABŞ təcavüzünün qarşısını ala bilər İranın ali dini lideri ayətullah Əli Xamenei cümə günü Rusiya prezidenti Vladimir Putin ilə görüşünün yekununda bildirib ki, Tehran və Moskva arasında əməkdaşlığın aspektlərindən biri ABŞ-ın qarşısının alınması ola bilər.

Virtualaz.org bildirir ki, xəbəri “Fars” agentliyi yayıb.

“Hər iki tərəfin əməkdaşlıq edə biləcəyi məsələlərdən biri ABŞ-ın qarşısının alınmasıdır. Çünki Amerika bəşəriyyət üçün təhlükə törədir və bu (əməkdaşlıq) onun qarşısının alınması üçün düşən imkanlardan biridir”, – deyə Xamenei bildirib.

Xatırladaq ki, V.Putin və Ə.Xamenei arasında görüş İran dini liderinin Tehrandakı iqamətgahında baş tutub. Xamenei bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI