PARADOKS

AKTUAL

Rusiya qaçqın erməni nazirini axtarmaqdan imtina etdi

7-09-2018, 13:00
  •     
  • Dünya |
  •  Oxunma: 37

Rusiya qaçqın erməni nazirini axtarmaqdan imtina etdi Beynəlxalq axtarışa verilmiş Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutyunyan Rusiya ərazisində axtarış siyahısından çıxarılıb.

“İnterfaks” xəbər verir ki, bunu məlumatlı mənbə bildirib.

“Yerevanda 2008-ci ilin 1 mart tarixində baş vermiş hadisələrdə ittiham edilən Arutyunyan barəsində materiallar öyrənildikdən sonra onun RF ərazisində axtarışının ləğv edilməsi barədə qərar verilib”, – agentliyin həmsöhbəti deyib.

Beləliklə, keçmiş erməni naziri Rusiyada heç bir qorxusu olmadan qala bilər. Lakin mənbə onu8 da əlavə edib ki, digər MDB ölkələrində Arutyunyan həbs edilə və Ermənistana verilə bilər.

Mənbə əlavə edib ki. keçmiş nazirin həbsi ilə bağlı sorğu Rusiyaya Erməni8stan Baş Prokurorluğundan deyil, dövlətlərarası axtarış bürosundan daxil olub. Həbs barədə orderdə hətta axtarışda olan şəxsin Moskvadakı ev ünvanı da göstərilib./Virtualaz.org


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI