PARADOKS

AKTUAL

Buxarestdə güclü antihökumət nümayişləri, dramatik kadrlar

11-08-2018, 14:14
  •     
  • Dünya |
  •  Oxunma: 74

Buxarestdə güclü antihökumət nümayişləri, dramatik kadrlar Ötən gün avqustun 10-da Rumıniyanın paytaxtı Buxarestdə güclü antihökumət nümayişləri başlayıb. Nümayişlərdə yerli KİV-lərin məlumatlarına görə 200 mindən çox adam iştirak edib.

Virtualaz.org xəbər verir ki, nümayişçilər Rumıniya hökumətinin istefasını, növbədənkənar seçkilərin keçirilməsini, Milli antikorrupsiya idarəsinin baş prokuroru Laura Kodritsa Kovesinin istefasını, ümumiyyətlə hakim Sosial-Demokrat Partiyasının ləğvini tələb edirlər. Rumınları bu cür qəzəbləndirən isə hökumətin bu günlərdə ədliyyə, pensiya islahatları, vergi sistemi barədə qanunvericiliyə etdiyi dəyişiklərdir.

Polis nümayişçiləri suvuran qurğularla və gözyaşardıcı qazla dağıtmaq istəyib. Lakin nümayişçilərin sayı azalmaq əvəzinə daha da artıb. Buxarest küçələrində əsl döyüş başlayıb. Polislə toqquşmalarda yüzlərlə adamın yaralandığı bildirilir. Vəziyyət gərginləşməkdə davam edir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI