PARADOKS

AKTUAL

Türkiyədə valyuta böhranı: Baxçalı partiyanın dollarlarını lirəyə çevirmək təlimatı verdi

11-08-2018, 14:11
  •     
  • Dünya |
  •  Oxunma: 71

Türkiyədə valyuta böhranı: Baxçalı partiyanın dollarlarını lirəyə çevirmək təlimatı verdi Türkiyədə ABŞ dollarının məzənnəsinin sürətlə artaraq lirənin bir gündə 16 faizdən çox dəyər itirdiyi bir vaxtda siyasətçilər yaranmış vəziyyətdən çıxış yolları axtarırlar.

Türkiyə KİV-ləri xəbər verir ki, müxalifət partiyaları da hökumətlə eyni mövqedədir və lirənin dəərdən düşməsinin iqtisadi səbəblərlə deyil, ABŞ-ın qəsd planı ilə bağlı olduğuna inanırlar. AKP illə müttəfiq olan MHP isə vəziyyətdən orijinal çıxış yolu tapıb. Partiyanın lideri Dövlət Baxçalı MHP-yə dövlət büdcəsindən ayılan illik yardımlardan dollarla saxlanılanı varsa onu lirəyə çevirmək təlimatı verib.

Bundan əvvəl Baxçalı “ABŞ-ın qəsd planına qarşı birləşmək” çağırışı etmişdi. Bildirilir ki, Baxçalı partiyanın maliyyə işləri üzrə səlahiyyətlisi Mövlut Karakayaya partiyanın dollarlarını gələn həftənin bazar ertəsindən etibarən lirəyə çevirmək təlimatı verib.

Xatırladaq ki, prezident Rəcəb Tayyib Ərdoan ötən gün əhalini yastıq altındakı dollarları lirəyə dəyişməyə çağırmışdı. Prezident bildirib ki, “dollar, mollar onları dayandıra bilməz” və Türkiyə bu situasiyadan da qalib çıxacaq. /virtualaz.org


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI