PARADOKS

AKTUAL

Netanyahudan Avropaya İranla bağlı çagırış

7-08-2018, 13:11
  •     
  • Dünya |
  •  Oxunma: 108

Netanyahudan Avropaya İranla bağlı çagırış İsrailin baş nazir İsrail Benyamin Netanyahu Avropa ölkələrini ABŞ-ın ardınca İrana qarşı sanksiyaları bərpa etməyə çağırıb.

Bizimyol.info Publika.az-a istinadən xəbər verir ki, bu haqda Netanyahunun videomüraciətinə istinadən “RİA-Novosti” agentliyi bildirir.

“Mən İran barəsində sanksiyaların tətbiqi ilə bağlı ABŞ prezidenti Donald Trampın və Amerika administrasiyasının əhəmiyyətli qərarını alqışlayıram. Mən Avropa ölkələrini bu təşəbbüsə qoşulmağa çağırıram. Danışıqların vaxtı keçdi, hərəkət etməyin vaxtı gəldi”, – o deyib.

Qeyd edək ki, İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planının qəbulundan sonra İrana qarşı ləğv edilmiş sanksiyalar yenidən işə düşüb. Bu barədə ABŞ prezidenti fərman imzalayıb.

Fransanın Xarici İşlər Nazirliyinin başçısı Jan-İv Le Drian, onun Britaniyadan olan həmkarı Ceremi Xant, Almaniyanın xarici işlər naziri Xayko Maas, həmçinin Avropa İttifaqının diplomatiyasının başçısı Federika Mogerini bu qərarla əlaqədar təəssüfünü ifadə ediblər.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI