PARADOKS

AKTUAL

Venesuela prezidentinin andiçmə mərasiminə mane olan şəxs ölü tapılıb

7-08-2018, 13:03
  •     
  • Dünya |
  •  Oxunma: 90

Venesuela prezidentinin andiçmə mərasiminə mane olan şəxs ölü tapılıb Venesuelada 2013-cü ildə hazırkı ölkə prezidenti Nikolas Maduronun andiçmə mərasiminə mane olan Yendri Sançesin meyiti tapılıb.

“Nasyonal” nəşri xəbər verir ki, 30 yaşlı kişinin nəşini qonşuları onun evində aşkar ediblər.

Tapılan zaman Sançesin başında polietilen paket olub. Onun ölümünün səbəbləri barədə məlumat verilmir.

2013-cü ildə Maduronun andiçmə mərasimində Sançes mühafizəçini aldadaraq prezidentin olduğu tribunaya çıxıb. O, siyasətçini qucaqlayıb və ondan kömək istəyib.

“Nikolas, mən Yendriyəm, mənə kömək et”,- deyə kişi qışqırıb.

Sançes bu hərəkətinə görə təqribən 1,5 il müddətinə azadlıqdan məhrum edilib.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI