PARADOKS

AKTUAL

Yeddi ildir hər gün sahildə ağlayır

12-07-2018, 13:24
  •     
  • Dünya |
  •  Oxunma: 128

Yeddi ildir hər gün sahildə ağlayır İtaliyanın paytaxtı Romanın yaxınlığında yerləşən Qaeta şəhərində çəkilən bir foto sosial mediada gündəm olub.

Bizimyol.info Publika.az-a istinadən xəbər verir ki, hər səhər həyat yoldaşının fotosu ilə birgə dəniz kənarına gələn naməlum qoca bölgədəki insanların diqqətini çəkib.

Məlum olub ki, qocanın həyat yoldaşı və 3 uşağının anası 7 il öncə xəstəlik üzündən vəfat edib. Qoca da onun vəfatından sonra çərçivəyə saldığı fotosu ilə birgə hər gün sahilə gəlir. Ətrafdakı insanların bildirdiyinə görə, qoca hər gün sahildə ağlayır, danışır və sonra evinə gedir.

Sosial mediada görüntüləri yayılan sadiq aşiqin həyat hekayəsi və sevgisinə olan sədaqəti hər kəsin rəğbətini toplayıb.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI