PARADOKS

AKTUAL

Sərnişin qatarı qəzaya düşdü – 10 ölü, 73 yaralı – Yenilənib

9-07-2018, 11:55
  •     
  • Dünya |
  •  Oxunma: 84

Sərnişin qatarı qəzaya düşdü – 10 ölü, 73 yaralı – Yenilənib Türkiyədə sərnişin qatarının qəzaya uğraması nəticəsində 10 nəfər ölüb, 73-ü xəsarət alıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Səhiyyə nazirliyi məlumat yayıb.

Tekirdağ əyalətinin valisi Mehmet Ceylan bildirib ki, yaralılar helikopterlərlə xəstəxanalara çatdırılıblar. İlkin versiyaya görə, sərnişin qatarının qəzaya uğramasına əlverişsiz hava şəraiti səbəb olub.

21:42

Türkiyənin Tekirdağ əyalətində sərnişin qatarı qəzaya uğrayıb.

Bizimyol.info Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Uzunkörpü-İstanbul marşrutu üzrə hərəkət edən qatarın beş vaqonu relsdən çıxaraq aşıb.

Qəza nəticəsində ölən və xəsarət alanların olduğu bildirilsə də, onların dəqiq sayı barədə hələlik məlumat verilmir. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib. İlkin məlumata əsasən, qəza zamanı qatarda 360 sərnişin olub.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI