PARADOKS

AKTUAL

20 yaşlı oğlan Messi kimi qol vurmaq istədi, öldü…

7-07-2018, 14:26
  •     
  • Dünya |
  •  Oxunma: 103

20 yaşlı oğlan Messi kimi qol vurmaq istədi, öldü… Messinin 20 yaşlı fanatı meydançada onun kimi qol vurmaq istəyərkən müvazinətini itirərək yerə yıxılıb, ölüb.

Bizimyol.info Milli.Az-a istinadla xəbər verir ki, Hindistanda 20 yaşlı həvəskar futbolçu Sagar Das “Deshapriyanagar Byamagar” məktəbinin meydançasında futbol oynayarkən ölüb. Hadisə şahidlərinin dediyinə görə, o, Messinin hərəkətlərini təkrarlamaq istəyərkən müvazinətini itirərək yıxılıb, sinəsindən ciddi zədə alıb. Xəstəxanaya çatdırılan Sagarın həyatını xilas etmək mümkün olmayıb.

“Sagar gecə gec saatlaradək oyaq qalıb Dünya Çempionatının bütün matçlarını izləyirdi. O, Messinin qatı fanatı idi. Sagar son günlər dərslərini unudub, bütün fikrini çempionata yönəltmişdi. O, hadisə baş verən gün Messinin hərəkətlərini təkrarlamaq istəyirdi”, – Sagarın əmisi oğlu söyləyib.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI