PARADOKS

AKTUAL

Trampın Nobel mükafatına namizədliyi irəli sürüldü

13-06-2018, 23:56
  •     
  • Dünya |
  •  Oxunma: 99

Trampın Nobel mükafatına namizədliyi irəli sürüldü Norveçin hakim “Tərəqqi” partiyasının deputatları Nobel sülh mükafatına ABŞ prezidenti Donald Trampın namizədliyini irəli sürüb.
Oxu.Az xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

Deputatların fikrinə görə, Ağ Ev rəhbəri Koreya yarımadasında nüvə probleminin dinc yolla həlli istiqamətində göstərdiyi səylərə görə bu mükafata layiqdir.

“Hazırda baş verən hadisələr tarixi əhəmiyyət kəsb edir. Dünyanın sülhlü gələcəyini təmin edəcək proses başlanılıb.

Hələlik bu kifayət qədər həssas prosesdir, ona görə də, onun yaxşı nəticələr gətirməsi üçün əlimizdən gələni etməliyik. Hesab edirəm ki, öz mövqeyimizi ortaya qoyub, Trampı sülh mükafatı ilə təltif etməklə buna nail ola bilərik”, deyə təşəbbüsün həmmüəllifi Per-Villi Amundsen bildirib.

Paylaş:


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI