PARADOKS

AKTUAL

İsrail Qəzzanı bombaladı

13-06-2018, 12:21
  •     
  • Dünya |
  •  Oxunma: 56

İsrail Qəzzanı bombaladı İsrail hərbi hava qüvvələri Qəzza zolağının cənubunda yerləşən Rəfah və Xan Yunus şəhərlərində fələstinlilərə aid iki bazaya raket zərbələri endirib.
Oxu.Az xəbər verir ki, bu haqda “RİA Novosti” məlumat yayıb.

Fələstin mətbuatı hava hücumuna məruz qalan bazalardan birinin HƏMAS-ın hərbi qanadı sayılan “Qəssam”a məxsus olduğunu təsdiqləyib.

Aviareydin İsrailə aid pilotsuz uçan aparat tərəfindən həyata keçirildiyi bildirilir.

İkinci bazanın isə “Saray əl-Qüds” briqadasına aid olduğu məlum olub.

İtkilər və dağıntılar barədə rəsmi məlumat yoxdur.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI