PARADOKS

AKTUAL

Rusiya eksperti ABŞ-ın əsl hədəfini açıqladı…

12-06-2018, 12:56
  •     
  • Dünya |
  •  Oxunma: 60

Rusiya eksperti ABŞ-ın əsl hədəfini açıqladı… ABŞ prezidenti Donald Trampın İranın nüvə proqramı üzrə Birgə hərtərəfli İş Planından çıxışının hədəfi Avropa İtifaqı ölkələri, ilk növbədə Fransa, Böyük Britaniya və Almaniyaya iqtisadi zərərin verilməsidir.
Publika.az “RİA-Novosti” agentliiynə istinadən xəbər verir ki, bunu nüvə faciəsinin qarşısının alınması üzrə Lüksenburqda keçirilən beynəlxalq forumda Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi Vladimir Sajin bildirib.

“Trampın İranın nüvə proqramı üzrə Birgə hərtərəfli İş Planından çıxışının hədəfi, şübhəsiz ki, İranla birlikdə Avropa, xüsusən Fransa, Böyük Britaniya və Almaniya idi. Buna görə də bu üç ölkə Trampın məlum qərarına qarşı çıxış etdilər”, – o deyib.

Ekspertin sözlərinə görə, Vaşinqtonun belə addımalrı amamilə iqtisadi əsaslara söykənir. Sajin qeyd edib ki, sanksiyaların altından çıxan İran beynəlxalq biznes üçün dadlı tikəyə çevrilib:

“Praktik olaraq bütün Avropa İttifaqı, həmçinin Yaponiya, Cənubi Koreya, Çin, cənub-şərqi Asiya ölkələri və Rusiya İranla iqtisadi münasibətlərin inkişafında maraqlıdır. Onlar İrana qarşı yeni sanksiyalara qarşı çıxırlar”.

Sajin əmindir ki, Avropa İttifaqı İrana sərmayə qoyan Avropa şirkətlərin maraqlarını müdafiə etməyə davam edəcək.

Xatırladaq ki, Tramp mayın 8-də ABŞ-ın İranın nüvə proqramı üzrə Birgə hərtərəfli İş Planından çıxışını elan edib.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI