PARADOKS

AKTUAL

Volqa çayında faciə -11 nəfər həlak oldu

12-06-2018, 12:53
  •     
  • Dünya |
  •  Oxunma: 56

Volqa çayında faciə -11 nəfər həlak oldu Volqa çayında baş vermiş qəza nəticəsində həlak olan sonuncu sərnişinin cəsədi sudan çıxarılıb. Bu barədə RİA Novosti Rusiya FHN-nə istinadən məlumat yayıb. Artıq axtarış- xilasetmə əməliyyatı başa çatıb.

Xatırladaq ki, çayda üzən teploxod və barjanın toqquşması nəticəsində 11 nəfər həyatını itirib. Toqquşma zamanı 12 nəfərlik katamaranda olan 16 nəfərin hamısı suya düşüb. Ölənlərin hamısı Rusiya vətəndaşlarıdır. Hadisəylə bağlı cinayət işi açılıb, istintaq gedir.

Ölənlər arasında azərbaycanlı yoxdur.

İlhamə Rəsulova


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI