PARADOKS

AKTUAL

ABŞ-da silahlı şəxs girov götürdüyü 4 uşağı öldürdü

12-06-2018, 12:52
  •     
  • Dünya |
  •  Oxunma: 84

ABŞ-da silahlı şəxs girov götürdüyü 4 uşağı öldürdü Ötən gün Florida ştatının Orlando şəhərində dörd uşağı evdə girov saxlayan silahlı şəxs onları qətlə yetirib.
“Qafqazinfo” xəbər verir ki, bir sutka girov saxlanılan 1 yaşından 12 yaşına kimi olan uşaqlarla yanaşı, 35 yaşlı silahlı cinayətkar da ölü olaraq aşkarlanıb.

Polisin açıqlamasına görə, cinayətkar yanğın çıxarma, adam döymə və polis təqibindən gizlənməyə cəhdə görə nəzarət altında olub. Ötən gün təhlükəsizlik əməkdaşları onu saxlamağa çalışarkən atəş açıb. Bir polis yaralanıb.

Daha sonra uşaqları girov götürən silahlı ilə polis razılaşmaya gələ bilməyib.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI