PARADOKS

AKTUAL

Türkiyəyə yeni təhlükə: “2.5 milyon insan…”

12-06-2018, 12:51
  •     
  • Dünya |
  •  Oxunma: 57

Türkiyəyə yeni təhlükə: “2.5 milyon insan…” Suriyanın şimal-qərbində Türkiyə sərhədində yerləşən müxaliflərin nəzarətindəki İdlib bölgəsində rejimin ələ keçirdiyi ərazilərdən qaçan döyüşçülərin ailələrini də götürüb, bura köçməsi ilə əhalinin sayı kəskin şəkildə artıb.
Axar.az xəbər verir ki, İdlib vilayətinə Rusiya və rejim qüvvələrinin aviazərbələrinin artması Türkiyəni yeni bir köç təhlükəsi ilə qarşı-qarşıya qoyub.

“2.5 milyon insanın yaşadığı ərazidən qaçıb Türkiyəyə yönəlməsindən narahatlıq keçiririk. Bu insanların gedəcək başqa yeri yoxdur”, – BMT-nin Suriyaya humanitar yardım koordinatoru Panos Moumtzis deyib.

Xatırladaq ki, İdlibin əhalisi Hələb və Şərqi Qutadan gələn yaraqlıların hesabına artıb.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI