PARADOKS

AKTUAL

Everestdə rusiyalı alpinist həlak olub – Foto

18-05-2018, 12:18
  •     
  • Dünya |
  •  Oxunma: 165

Everestdə rusiyalı alpinist həlak olub – Foto Everest zirvəsini fəth etməyə çalışan Başqırdıstandan olan alpinist Rüstəm Əmirov dağa dırmanan zaman həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Buna qədər Elbrus, Lenin və Xan-Tenqri kimi zirvələrə qalmış Ufalı alpinistin soyuqdəymədən öldüyü bildirilir.

Səyahətin gedişatını sosial şəbəkədə şərh edən Əmirov sonuncu dəfə mayın 13-də “Instagram”da məlumat paylaşıb. Məlumatda o, zirvəyə dırmanmaq üçün həlledici mərhələyə qədəm qoyduğunu bildirmişdi.

Alpinistin həyat yoldaşı, Əmirovun nəşinin Rusiyaya göndərilməyəcəyini və Himalayda dəfn olunacağını açıqlayıb.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI