PARADOKS

AKTUAL

Fransadan ABŞ-a xəbərdarlıq – “Müharibə çıxa bilər”

16-05-2018, 12:07
  •     
  • Dünya |
  •  Oxunma: 266

Fransadan ABŞ-a xəbərdarlıq – “Müharibə çıxa bilər” Fransa Xarici İşlər naziri Jan-Yves Le Drian ABŞ-ın Yaxın Şərqdəki planlarını tənqid edib.
“Qafqazinfo” Habertürk-ə istinadən xəbər verir ki, nazir ABŞ-ın bölgəni yeni müharibə vəziyyətinə gətirdiyini söyləyib:

“Vəziyyət elə həddə çatıb ki, partlamağa hazırdır. Şiddətdən danışılır. Müharibə çıxa bilər”.

Le Drian həmçinin, ABŞ-ın Qüdsdə səfirlik açmasından sonra aksiya keçirən fələstinlilərin kütləvi qətlini pisləyib.

Qeyd edək ki, ABŞ-ın İranla imzalan nüvə sazişindən çıxmasından sonra Fransa bu qərara qarşı çıxmış və İranla əməkdaşlığa davam edəcəyini açıqlamışdı.

Paylaş:


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI