PARADOKS

AKTUAL

Lavrov Skripalın zəhərlənməsində istifadə edilən maddəni açıqlayıb

14-04-2018, 21:42
  •     
  • Dünya |
  •  Oxunma: 55

Lavrov Skripalın zəhərlənməsində istifadə edilən maddəni açıqlayıb Kimyəvi Silahın Qadağan Edilməsi üzrə Təşkilatın nümunələrini analiz edən İsveçrənin Təhqiqat Mərkəzinin məlumatına görə, Solsberidə Rusiyanın Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripalın zəhərlənməsində “BZ” maddəsindən istifadə edilib.
Oxu.Az RİA Novosti-ya istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xarici və Müdafiə siyasəti üzrə Məsləhət Şurasının iclasında deyib:

“Bu maddə ABŞ və Britaniyada istehsal edilir, Rusiyada və SSRİ-də hazırlanmayıb. Moskva məxfilik şəraitində İsveçrənin Radioloji Mərkəzindən Solsberi təhqiqatına dair analizin nəticələrini alıb.

Təhqiqat Şpiç şəhərində aparılıb. Bunlar Kimyəvi Silahın Qadağan Edilməsi üzrə Təşkilatın xətti ilə Solsberidə, hadisə yerindən götürülən və təşkilatın mütəxəssisləri tərəfindən göndərilən nümunələrdir”.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI