PARADOKS

AKTUAL

Əsəd kimyəvi silah tətbiq edib: yüzlərlə ölü

8-04-2018, 18:12
  •     
  • Dünya |
  •  Oxunma: 185

Əsəd kimyəvi silah tətbiq edib: yüzlərlə ölü Bəşər Əsəd qoşunlarının Suriyanın Şərqi Quta bölgəsindəki Duma şəhərində kimyəvi silah tətbiqi nəticəsində 100-dən çox insan ölüb.

Oxu.Az xəbər verir ki, həmçinin minlərlə yaralı var. Zəhərli qazla əlaqədar ölənlərin sayının artacağı istisna edilmir.

Dumada atışmalar aprelin 6-da başlayıb. Əsəd tərəfdarları martın 19-dan Dumada kimyəvi silah tətbiq etməyə başlayıb.

Qeyd edək ki, Duma şəhəri Şərqi Quta bölgəsində müxalif qüvvələrin nəzarətində olan son yaşayış məntəqəsidir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI