PARADOKS

AKTUAL

1,8 tonluq bombanın zərərsizləşdirilməsi üçün 26 min insan evakuasiya edildi

8-04-2018, 17:59
  •     
  • Dünya |
  •  Oxunma: 42

1,8 tonluq bombanın zərərsizləşdirilməsi üçün 26 min insan evakuasiya edildi Bu gün Almaniyanın Paderborn şəhərində İkinci Dünya Müharibəsi zamanı atılmış bomba ilə əlaqədar 26 min insan evakuasiya edilib.

APA-nın verdiyi məlumata görə, Böyük Britaniya istehsalı olan 1,8 ton bomba 3 gün əvvəl şəhərdəki evlərdən birinin bağında aşkarlanıb.

Bomba 80 sm dərinlikdə yerləşdiyi üçün zərərsizləşdirilmək üçün partladılan zaman böyük dağıntıya yol açacağı gözlənilir. Hüquq-mühafizə orqanları bombadan 1,5 km radiusda sakinləri evakuasiya edib. Yaxınlıqda yerləşən iki xəstəxana, bir universitet, bir neçə ev boşaldılıb.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI