PARADOKS

AKTUAL

Ermənistanda yeni prezident seçilib

3-03-2018, 15:51
  •     
  • Dünya |
  •  Oxunma: 145

Ermənistanda yeni prezident seçilib Respublikaçılar Partiyasının namizədi Armen Sarksiyan Ermənistanın yeni prezidenti seçilib.

Report xəbər verir ki, martın 2-də ölkə parlamentində prezident seçkisi üzrə səsvermə keçirilib.

Müxalifət sayılan “Tsarukyan” fraksiyası hakimiyyətin namizədini dəstəkləyib. Başqa bir müxalif blok “Çıxış”ın isə namizəd irəli sürmək üçün parlamentdə yetərincə depatatı yoxdur.

Qeyd edək ki, bu ilin aprelində indiki prezident Serj Sarkisyanın səlahiyyət müddəti başa çatır. Apreldən sonra Ermənistan 2015-ci ildə qəbul edilən yeni konstitusiyaya əsasən, parlament idarə etməsinə keçəcək. Ölkənin əsas qanuna görə, prezidentin səlahiyyətləri məhdudlaşdırlacaq, Ermənistanın birinci şəxsi baş nazir olacaq. Bu vəzifəni isə Serj Sarkisyanın tutacağı ehtimal olunur.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI