PARADOKS

AKTUAL

Hindistan kino ulduzu vəfat etdi

25-02-2018, 21:20
  •     
  • Dünya |
  •  Oxunma: 127

Hindistan kino ulduzu vəfat etdi Hindistan kino ulduzu Şridevi 54 yaşında vəfat edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə NDTV telekanalı məlumat yayıb.

Aktrisa Dubayda ürək tutmasından dünyasını dəyişib. Dubaya Şridevi əri Boni Kapur və kiçik qızı ilə birlikdə toya gəlmişdi.

Hindistan prezidenti Ram Nath Kovind aktrisanın vəfatı ilə əlaqədar başsağlığı verib.

Şridevi Hindistan kinosunun ən tanınmış aktrisalarından biridir.

Karyerası ərzində o, 265 filmdə çəkilib. Onların arasında “Kədərli hekayə”, “Hədiyyə”, “Çandni”, “Dələduz”, “Sevginin bir anı” kimi lentlər var.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI