PARADOKS

AKTUAL

Bu ölkədə nazirin helikopteri qəzaya uğradı- çoxlu sayda ölən var

18-02-2018, 15:31
  •     
  • Dünya |
  •  Oxunma: 151

Bu ölkədə nazirin helikopteri qəzaya uğradı- çoxlu sayda ölən var Meksikanın daxili işlər naziri Alfonso Navarrete və Oahaka ştatının qubernatoru Alexandro Muratın olduğu helikopterin qəzaya uğraması nəticəsində ölənlərin sayı 18-ə çatıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə fevralın 17-də 6TV telekanalı ştatın Baş prokurorluğuna istinadən məlumat yayıb.

Hadisə cümə günü axşam saatlarında Xamiltepek şəhərində baş verib. Qəza zamanı nazir və qubernator xəsarət almayıblar.

Bildirilir ki, eniş zamanı helikopterin pilotu idarəetməni itirib və bir neçə avtomobilə çırpılıb. Qəzadan sonra UH-60 Black helikopteri çevrilib.

Qəza nəticəsində Oahaka ştatının infrastruktur naziri Fabian Errer də daxil olmaqla, bir neçə nəfər yaralanıb.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI