PARADOKS

AKTUAL

Trampın oğlunun evinə içində ağ toz olan zərfi göndərildi, arvadı xəstəxanaya yerləşdirildi

13-02-2018, 01:39
  •     
  • Dünya |
  •  Oxunma: 115

Trampın oğlunun evinə içində ağ toz olan zərfi göndərildi, arvadı xəstəxanaya yerləşdirildi ABŞ prezidenti Donald Trampın oğlu Vanesin həyat yoldaşı içində naməlum ağ tozun olduğu zərfi açmasından sonra xəstəxanaya yerləşdirilib.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, zərf Trampın oğlunun evinə çatdırılıb. Məlumata görə, hadisədən sonra qadın yoluxmaya qarşı dezinfeksiya prosedurunu keçib.

Hazırda polis əməkdaşları və Məxfi xidmət təhqiqatla məşğuldur.

Artıq göndərilmiş zərfdəki tozun təhlükəli olmadığı məlum olub. Bu barədə ABŞ polisi bildirib.

Qeyd edilir ki, ABŞ prezidentinin oğlunun həyat yoldaşının vəziyyəti onunla yanaşı xəstəxanaya yerləşdirilmiş iki şəxsin səhhəti kimi normalıdır.

Hazırda zərfdəki toz təhqiqatın davam etməsi üçün Nyu-Yorkdakı laboratoriyaya aparılır.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI