PARADOKS

AKTUAL

Ərdoğanın Roma ziyarətində QADAĞA QOYULDU

5-02-2018, 13:57
  •     
  • Dünya |
  •  Oxunma: 83

Ərdoğanın Roma ziyarətində QADAĞA QOYULDU Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Vatikana səfəri əsnasında Romanın mərkəzində 24 saatlıq etiraz aksiyası qadağası elan edilib.
Muxalifət.az xəbər verir ki, bu barədə Fransanın AFP xəbər agentliyi məlumat yayıb.
Xəbərdə “Etirazçıların Türkiyənin Suriyadakı kürd milislərə hücumu mövzusundakı reaksiyaları səbəbilə etiraz aksiyaları olacağını ehtimal edilir. Buna görə də prezident Ərdoğanın Papa Frensislə görüşəcəyi gün Romada etiraz aksiyası qadağası elan edilib” məlumatları verilib.
AFP agentliyinin bu məlumat ilə Afrin hərəkatına qarşı aksiyaları əngəlləmək məqsədilə dərc edildiyi bildirilir. Qeyd edək ki, bu gün Vatikandan o qədər də uzaq olmayan bir nöqtədə yerləşən kürd dərnəyinin təşkil etdiyi və təxminən 200 nəfərin qatılması gözlənilən bir aksiyanın planlaşdırıldığı deyilir.
Ərdoğanın Vatikana Türkiyə prezidenti kimi 59 ildən sonra edəcəyi səfərdə 3500 italiyalı polis onu müşayiət edəcək.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI