PARADOKS

AKTUAL

​Türkiyə daha bir ərazini terrorçulardan azad etdi

3-02-2018, 04:18
  •     
  • Dünya |
  •  Oxunma: 96

​Türkiyə daha bir ərazini terrorçulardan azad etdi Türkiyə hərbçiləri Afrindəki Darmık dağını ələ keçirib.
Muxalifet.az xəbər verir ki, sözügedən dağ PKK terrorçu qruplaşmasının Suriyadakı qolları olan YPG və PYD-nin nəzarətində idi və həmin dağdan Türkiyənin sərhəd şəhəri olan Kilisin atəşə tutulmasında istifadə edilirdi.
Məlumatda Darmık dağının zirvəsinə Türkiyə bayrağının sancıldığı qeyd olunub.
Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yanvarın 20-də Suriyanın Afrin əyalətində "Zeytun budağı" adı antiterror əməliyyatının başlandığını elan edib.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI