PARADOKS

AKTUAL

Rus əsgərləri Afrindən ÇƏKİLİR

19-01-2018, 20:40
  •     
  • Dünya |
  •  Oxunma: 80

Rus əsgərləri Afrindən ÇƏKİLİR Hulusi Akar ilə Hakan Fidanın Moskvadakı təmaslarının ardından 170 Rus hərbçisi Afrindən çəkilməyə başlayıb.

Türkiyənin baş qərargah rəisi general Hulusi Akar və MİT rəhbəri Hakan Fidan, Rusiyanın baş qərargah rəisi ordu generalı Valeri Gerasımov ilə regional təhlükəsizlik məsələləri, Suriyadakı son hadisələr və Astana-Cenevrə prosesi haqqında danışıqlar aparmaq üçün Moskvaya getmişdi.
Afrinin də müzakirə olunduğu görüşmələrə aid paylaşılan görüntülərdə, masada xəritələrin olduğu görülmüşdü.

RUS ƏSGƏRLƏRİ AFRİNDEN AYRILIR

Baş verən son hadisələrdən sonra Türkiyənin əməliyyat keçirməyə hazırlaşdığı Afrindən 170 Rus əsgərlərinin çəkilməyə başladığı bilidirilib.



GƏRƏKLİ ANLAYIŞIN GÖSTƏRİLMƏSİ BARƏDƏ SÖZ VERİLMİŞDİ

Prezident Rəcəb Tayyib Ərdoğan da ötən ilin noyabr ayında Rusiya, Küveyt və Qətər səfərindən sonra jurnalistlərə verdiyi açıqlamada Hamburqda keçirilən G-20 sammitində Rusiyanın bəzi vədlər verdiyini bildirmişdi.
Ərdoğan "Rusiya əsgərlərinin Afrindən çıxarılması, oradan bizə qarşı mümkün təhdid və təcavüzlərdən dolayı narahatlıqlarla əlaqədar olaraq Türkiyəyə lazımi anlayışın göstəriləcəyi ilə bağlı bizə söz verilmişdi" açıqlamasını etmişdi.
Bu tarixdən sonra əvvəl Soçidə, daha sonra Ankarada Rusiya prezidenti Vladimir Putin ilə danışıqlar aparan Ərdoğan, Türkiyənin YPG/PYD məsələsində konkret rəyinin olduğunu bildirmişdi.
Soçi və Ankara görüşlərində Afrinə keçiriləcək əməliyyat məsələsində Rusiyanın dəstək verdiyi qeyd edilmişdi.
Bütün bunlardan sonra indi də Rus əsgərləri müşahidəçi statusunda olduğu Afrindən çəkilir. Bu isə Türkiyə ordusuna Afrin əməliyyatı üçün yaşıl işıq yandırmaq anlamına gəlir.
Müxalifət.az


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI