PARADOKS

AKTUAL

Almaniyadakı qaçqınlar BAMF-ı məhkəmədə udurlar

19-01-2018, 20:38
  •     
  • Dünya |
  •  Oxunma: 109

Almaniyadakı qaçqınlar BAMF-ı məhkəmədə udurlar Almaniyada sığınacaq istəyi rədd edilən qaçqınların çoxu Qaçqınlar və Miqrasiya ilə iş üzrə Federal İdarəni (BAMF) məhkəmədə udurlar. AzEuroNews.com–un məlumatına görə, federal idarə məhkəmələri işlərin 50%-dən çoxunu qaçqınların xeyrinə qərar verməklə həll edir. Məlumatda vurğulanır ki, bəzi əyalətlərdə bu rəqəm az qala 80 %-i keçib.

BAMF-ı məhkəmələrdə udanlar ın 69 %-ı suriyalıdır. Bəzi əyalətlərdə məhkəməni qazanan əfqanların sayı 61 %-i ötür.

Eyni zamanda ailə birləşməsi ilə bağlı keçirilən məhkəmə iclaslarında da qaçqınlar BAMF-ı udurlar.

Məlumat üçün qeyd edək ki , 2017-ci ildə Almaniyada qaçqınlarla bağlı məhkəmədə 273 min işə baxılıb.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI