PARADOKS

AKTUAL

Norveçdə yeni koalisiya hökuməti yaradılır

16-01-2018, 02:53
  •     
  • Dünya |
  •  Oxunma: 23

Norveçdə yeni koalisiya hökuməti yaradılır Norveçdə parlament seçkilərinin nəticələrinin elan edilməsindən 4 ay sonra üç partiya yeni azlıq hökumətini yaradıb. Hökumətə yenidən Mühafizəkarlar Partiyasının lideri Erna Sulberq başçılıq edib.
Muxalifet.az xəbər verir ki, razılaşmanın əldə edilməsi Moss şəhərində on gün davam edən danışıqlardan sonra elan edilib.
Razılaşma Mühafizəkarlar Partiyası və populist liberal-mühafizəkar yönümlü Tərəqqi Partiyası ( FrP) koalisiyası ilə Norveç Liberal Partiyası (Venstre) arasında əldə edilib. KİV-in verdiyi məlumata görə, nazir portfellərinin sahibləri yaxın vaxtlarda müəyyənləşəcək.
E.Sulberq yeni hökumətin təşkil edilməsi münasibəti ilə çıxışında Krallıq üçün məqbul olan ümumi həll yollarının tapılacağını vəd edib.
Tərəqqi Partiyasının lideri, əvvəlki hökumətin maliyyə naziri Sel Yensen bildirib ki, rəsmi Oslo, xüsusən, ailə üzvlərinin köçürülməsi ilə bağlı miqrasiya siyasətini sərtləşdirəcək, vətəndaşlıq almaq istəyənlərə əlavə tələblər irəli sürüləcək. Sel Yensenin sözlərinə görə, hökumət pərəncə geyinməyi də qadağan etmək niyyətindədir.
Qeyd edək ki, 2017-ci ilin payızında keçirilən seçkilərindən sonra yeni hökuməti təşkil etmək üçün üç koalisiya qüvvəsinə cəmi bir səs çatmayıb. Parlamentdə onların ümumilikdə 84 mandatı var, halbuki çoxluq təşkil etmək üçün heç olmazsa 85 səs olmalıdır. Ancaq azlıq hökuməti fyordlar ölkəsi üçün nadir hal deyildir. Belə ki, Erna Sulberqin əvvəlki hökumətləri də azlığın sağ populistlərlə koalisiyası sayəsində təşkil edilib.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI