PARADOKS

AKTUAL

Tramp Qüdslə bağlı qərarı elan etdi - İSLAM ALƏMİ ŞOKDA

7-12-2017, 06:45
  •     
  • Dünya |
  •  Oxunma: 13

Tramp Qüdslə bağlı qərarı elan etdi - İSLAM ALƏMİ ŞOKDA Qüdslə bağlı çoxdan qərar verilməli idi.
Bu sözləri ABŞ Prezidenti Donald Tramp hökumət üzvlərinin iştirakı ilə keçirilən toplantıda deyib.
“Bir çox prezident bununla bağlı nələrisə edəcəyini söylədi. Lakin ya cürətdən, ya da fikirlərin dəyişməsindən dolayı heç nə etmədilər”, - Ağ Ev rəhbəri bildirib.

***

Tramp qeyd edib ki, iyirmi ildən çoxdur yekun barışıq əldə edə bilməmişik:
"Düşünürəm ki, Qüdsü İsrailin paytaxı elan etmənin zamanı gəldi".

***

"Bu həqiqətin qəbul edilməsindən başqa bir şey deyil. ABŞ səfirliyinin Qüdsə köçürülməsi ilə bağlı Dövlət Departamentinə təlimat verirəm. Bu qərar sülh müzakirələrinə sadiqliyimizin pozulması anlamına gəlmir", - deyə Tramp bildirib.
Beləliklə, Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdı.
Qeyd edək ki, Konqres ABŞ səfirliyinin Qüdsə köçürülməsi haqqında qərarı 1995-ci ildə versə də, indiyə qədər bu qərarın icrasına ölkə prezidentləri tərəfindən veto qoyulub(axar.az).


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI