PARADOKS

AKTUAL

Putin “Putin” filminin rejissorunu qəbul etdi

2-12-2017, 04:26
  •     
  • Dünya |
  •  Oxunma: 23

Putin “Putin” filminin rejissorunu qəbul etdi Rusiya lideri Vladimir Putin amerikalı kinorejissor Oliver Stounla Kreml Sarayında qısa görüş keçirib.
Muxalifet.az xəbər verir ki, bu barədə Kremlin saytı məlumat yayıb.
“Kremldə kinorejissor, prodüsser, ssenarist Oliver Stounla görüş keçirilib”, - məlumatda bildirilib.
Qeyd edək ki, bir müddət əvvəl Kreml sözçüsü Dmitri Peskov Oliver Stounun Moskvaya səfər etdiyini və Putinlə görüşəcəyini vurğulamışdı.
Oliver Stoun 19-22 iyunda “Şoutaym” telekanalında yayımlanan dördseriyalı “Putin” filminin müəllifidir. Filmin əsasında Rusiya lideri ilə 2015-ci ilin iyulundan 2017-ci ilin fevralına qədər olan dövrdəki müsahibələr dayanır.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI