PARADOKS

AKTUAL

Departament: ABŞ ermənilərin 50 faizdən çoxuna viza verilməsindən imtina edir

18-11-2017, 17:10
  •     
  • Dünya |
  •  Oxunma: 22

ABŞ müraciət edən ermənilərin 50 faizdən çoxuna qeyri-immiqrasiya vizasının verilməsindən imtina edir.


Departament: ABŞ ermənilərin 50 faizdən çoxuna viza verilməsindən imtina edir

Rəsmixəbər Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ Dövlət departamentinin 2017-ci il üçün xarici vətəndaşlara viza verilməsində imtina sayı üzrə hesabatından məlum olub.
Hesabatda qeyd olunur ki, Ermənistandan edilən viza müraciətlərinin 51,87 faizinə imtina cavabı verilir. Bu, 2016-cı illə müqayisədə 5,99 faiz çoxdur.
Ermənistanla qonşu ölkələrlə bağlı isə vəziyyət belədir: Gürcüstan 61,09 faiz (1,73 faiz azalma), İran 58,66 faiz (13,64 faiz artım), Türkiyə 17,86 faiz (4,24 faiz artım).
Rusiyadan da edilən viza müraciətlərinə imtinaların sayı bu il 2,32 faiz artaraq 11,61 faizə çatıb.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI