PARADOKS

AKTUAL

Tac Mahalı erməni mühəndislər layihələndirib? - Ram Nath Kovind

18-11-2017, 15:54
  •     
  • Dünya |
  •  Oxunma: 19

Bu yaxınlarda Hindistana səfər edən Ermənistan prezidenti Serj Sarkisyanla hindistanlı həmkarı Ram Nath Kovind arasında keçirilmiş görüşdə maraqlı fikir səsləndirilib.

Tac Mahalı erməni mühəndislər layihələndirib? - Ram Nath Kovind

Rəsmixəbər-in erməni mediasına istinadən yazdığına görə, ermənistanlı qonağın yağlı vəsfləri qarşsında Hindistan prezidenti ondan geri qalmayıb. Deyib ki, bu gün dünyanın 7 ən məşhur möcüzəsindən biri sayılan Tac mahal məqbərə-saray kompleksinin tikintisini erməni mühəndislər layihələndirib və eyni zamanda, tikintidə də çox sayda erməni usta çalışıb. Ona görə də, Tac Mahal həm də erməni xalqının zəhmətinin bəhrəsidir.
Görüşdə Qarabağ məsələsindən də söz açılıb. Hindistan prezidenti deyib ki, kimlərin nə deməsindən asılı olmayaraq onlar müharibə variantını dəstəkləmirlər. Yəni uzun illər davam etməsinə rəğmən yenə də danışıqlar yoluna üstünlük verilməlidir və sair.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI