PARADOKS

AKTUAL

Hindistanda daha bir ağlasığmaz cinayət

9-11-2017, 04:00
  •     
  • Dünya |
  •  Oxunma: 11

Hindistanda daha bir ağlasığmaz cinayət Hindistanın Mərkəzi İstintaq Bürosu ikinci sini şagirdinin qətlində şübhəli bilinən 11-ci sinif şagirdini həbs edib.
Muxalifet.az-ın xəbərinə görə, hadisə sentyabrın 8-də baş verib. Yeddi yaşlı uşaq Quruqram şəhərində özəl məktəblərin birinin ayaqyolunda boğazı kəsilmiş şəkildə tapılıb. Məktəblinin qətli şəhərdə etirazlara səbəb olub.
IndiaTodayIn nəşri yazır ki, cinayətin motivi kimi 11-ci sinif şagirdinin imtahanların vaxtını uzatmaq istəməsi göstərilir. Saxlanılan şəxsin atası ittihamla razı deyil və oğlunun etirafı yazmağa məcbur edildiyini bildirib.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI