PARADOKS

AKTUAL

“Onun ölkə rəhbəri olmasını dəstəkləmirəm” — Corc Buş Trampı biabır etdi

5-11-2017, 03:44
  •     
  • Dünya |
  •  Oxunma: 17

“Onun ölkə rəhbəri olmasını dəstəkləmirəm” — Corc Buş Trampı biabır etdi ABŞ-ın keçmiş prezidenti Corc Buş (ata) Amerikanın indiki rəhbəri Donald Trampı tənqid edib.
Muxalifet.az xəbər verir ki, bu barədə “The Hill” qəzeti məlumat yayıb. Verilən məmulata görə, böyük Buş “Sonuncu respublikaçılar” kitabında fikirləri qeyd edən Mark Apderqruvo ilə söhbətində deyib ki, Tramp özündən razı və lovğa adamdır. Onun sözlərinə görə, Tramp siyasətdən kənar insandır.
“Trampdan əvvəldən də xoşum gəlmirdi. Düzdür onu yaxından tanımıram. Lakin bilirəm ki, siyasətçi deyil. O, həm də çox özündən razı və lovğadır. Açığını desəm, onun ölkə rəhbəri olmasını dəstəkləmirəm”, - deyə Buş bildirib.
Onun bu çıxışından sonra Ağ Evdən dərhal cavab gəlib. Cavabda bildirilib ki, ata Buş Amerika üçün yaxşı örnək deyil.
“Əgər bir ölkənin hazırkı rəhbəri yaxşı deyilsə, bu ondan əvvəlki liderlərin buraxdığı səhvlərin nəticəsidir”, - deyə məlumatda bildirilib.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI