PARADOKS

AKTUAL

Tramp Venesuelaya qarşı daha sərt maliyyə sanksiyaları tətbiq edib

25-08-2017, 23:43
  •     
  • Dünya |
  •  Oxunma: 71

Tramp Venesuelaya qarşı daha sərt maliyyə sanksiyaları tətbiq edib
Ağ Evin bildirdiyinə görə, prezident Tramp Venesuelanın diktatorluğuna qarşı daha sərt maliyyə sanksiyaları tətbiq edib.

"Maduronun diktatorluğu Venesuela xalqını ərzaq və dərmandan məhrum, demokratik yolla seçilən müxalifəti həbsə məhkum edir, ifadə azadlığını kobud şəkildə pozur" - deyə Ağ Evin bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, ABŞ-ın son addımı Venesuela hökuməti və dövlət neft şirkətinin yeni borcları ilə əlaqəni kəsir. Bundan əlavə Venesuelanın ictimai sektorunun sahib olduğu səhmlər və devidentlərin ödənişi yasaqlanır.

Ağ Ev ABŞ-ın Venesuelanı demokratiyanın bərpası və azad və ədalətli seçkilər keçirilməsi və bütün siyasi məhbusların azadlığına çağırdını bəyan edib.

Ötən həftə Venesuelada hökumətpərəst Konstitusiya Assambleyası mühüm səlahiyyətləri müxalifətin üstünlük təşkil etdiyi Konqresdən alıb. Baş verənlər prezident Nikolas Maduro ilə siyasi opponentləri arasında gərginliyi kəskin şəkildə artırıb.

Bu addım mütləq hakimiyyətə sahib assambleya yaratmaqla hakimiyyəti əldə cəmləşdirməyə çalışan Maduronun onlarla dövlət tərəfindən tənqid olunmasına yol açıb.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI