PARADOKS

AKTUAL

“Prezident Ərdoğan olduğu müddətdə Türkiyə Aİ-yə üzv olmayacaq” — Almaniyadan QALMAQALLI AÇIQLAMA

25-08-2017, 15:24
  •     
  • Dünya |
  •  Oxunma: 30

“Prezident Ərdoğan olduğu müddətdə Türkiyə Aİ-yə üzv olmayacaq” — Almaniyadan QALMAQALLI AÇIQLAMA Almaniya Türkiyə ilə münasibətləri daha da gərginləşdirəcək açıqlama verib.

“Ölkə.Az” xəbər verir ki, Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel Türkiyədə prezident Ərdoğanın olduğu müddətdə rəsmi Ankara üçün Avropa İttifaqı üzvlüyünə qapıların bağlı olacağını bəyan edib.

“Bild qəzetinə müsahibə verən Qabriel problemin Türkiyə ilə yox, prezident Ərdoğanın siyasəti ilə bağlı olduğunu bildirib. Türkiyədə Ərdoğan hakimiyyətinin davam etdiyi müddətdə Türkiyənin əsla Avropa İttifaqına üzv ola bilməyəcəyini düşündüyünü söyləyən Ziqmar “Onsuz da Ərdoğan da istəmir”-deyə əlavə edib.

Müzakirələrin Aİ tərəfindən bitirilməyəcəyini vurğulayan alman diplomat Türkiyənin böyük bir ölkə olduğunu və Ərdoğandan sonra da var olmağa davam edəcəyini söyləyib.

Bununla yanaşı türk hökuməti və Ərdoğanın Avropanın təmsil etdiyi dəyərlərdən sürətlə uzaqlaşması səbəbindən mövcud şərtlər altında Türkiyənin Aİ üzvlüyünün mümkün ola bilməcəyini qeyd edən Qabriel Ərdoğanın Aİ ilə müzakirələri ciddi qəbul etmədiyini də bildirib.


Xəbər Lenti

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI