PARADOKS

AKTUAL

Türkiyə Kəşfiyyatı Erdoğanın tabeçiliyinə verildi – ŞƏRH

25-08-2017, 15:13
  •     
  • Dünya |
  •  Oxunma: 66

Türkiyə Kəşfiyyatı Erdoğanın tabeçiliyinə verildi – ŞƏRH Politoloq Nəzakət Məmmədova

Türkiyədə bir neçə saat əvvəl önəmli bir hadisə baş verib. Bu, ölkənin əsas xüsusi xidmət orqanı olan Milli İstihabarat Təşkilatının (MİT) birbaşa ölkə prezidentinin tabeçiliyinə verilməsidir. Əslində, bunu ötən ilin iyulundakı dövlət çevrilişi cəhdindən sonra ölkədə baş verən islahatlar dalğasının davamı hesab etmək olar. Prezident Ərdoğan dövlət strukturlarında, xüsusilə hərbi strukturlarda dəyişikliklər etməklə ölkədə FETÖ ilə əlaqəsi olan şəxsləri sıradan çıxarmağa çalışır. Eyni zamanda, dövlətin siyasi sistemində, dövlət orqanlarının səlahiyyətlərində dəyişikliklər etməklə gələcək çevriliş cəhdlərinin qarşısını birdəfəlik almaq istəyir. Bu baxımdan, MİT ən vacib həlqələrdən biridir. MİT-in varisi olduğu, 1913-cu ildə Ənvər Paşa tərəfindən yaradılmış Teşkilati-Mahsusa da vaxtilə birbaşa sultana tabe olmuşdur. Sonradan Türkiyə Respublikası qurulduqdan sonra Atatürkün yaratdığı xüsusi xidmət orqanı 1965-ci ildən yeni qanun əsasında fəaliyyətini davam etdirib. Həmin dövrdən etibarən dövlət çevrilişlərinin tez-tez baş verdiyi bir ölkənin xüsusi xidmət orqanı olaraq MİT əməkdaşlarının əsas hissəsi də hərbçilər olub. Bu proses 1994-cu ilədək davam edib. Sonradan müxalifət lideri siyasətçilərin, vətəndaş cəmiyyəti fəallarının təsiri ilə bu təşkilatda nisbətən mülkiləşmə prosesi gedib və hərbçilərin sayı 35 faizdən 4 faizə enib. Sonuncu FETÖ çevriliş cəhdindən sonra isə MİT-in hərbçilərdən təmizlənməsi prosesi daha da sürətləndi. 2 milyard lirəyə yaxın o büdcəsi olan bu qurumun Prezidentə tabe olmasının fövqəladə hallar, dövlət çevrilişi zamanı dövlət basçısını vaxtında, operativ şəkildə məlumatlandırması baxımından da əhəmiyyəti böyükdür. Bu təşkilatı “dövlətin sirr küpü” adlandırırlar. Xüsusilə, Türkiyənin indiki şəraitdə həm daxildən, həm xaricdən çoxlu düşmən qüvvələrlə əks olunduğu bir dövrdə MİT-in prezidentin tabeçiliyinə verilməsi onun məsuliyyətini daha da artıracaqdır. Məsələn, Prezident Ərdoğan dövlət çevrilişinə cəhd edildiyi xəbərini xüsusi xidmət orqanlarından deyil, öz bacanağından eşitdiyini dəfələrlə bəyan etmişdir. Habelə, FETÖ-çu polislər türkmanlara silah yardımı daşıyan MİT maşınlarını saxlayaraq bunu mətbuatda işıqlandırmışlar. Bununla belə, MİT-in fəaliyyəti qənaətbəxş hesab edilə bilər. Təskilat həqiqətən də çox çətin bir şəraitdə, mürəkkəb bir bölgədə iş görməli olur. Daixildə separatçı siyasi qüvvələrlə, silahlı terrorçularla, dövlət çevrilişi etmək hazırlığında olan qüvvələrlə mübarizə aparan, xaricdən isə dünyanın ən gərgin bölgəsində fəal diplomatiya və hərbi əməliyyatlar yürüdən bir dövlətin 79 milyonluq əhalisinin təhlükəsizliyini təmin etmək asan məsələ deyil və MİT bu işin öhdəsindən gələ bilir. Məlumdur ki, MİT İraq və Suriyadakı terrorçu qüvvələrə qarşı mübarizədə fəallıq göstərir. Hələ Avropa ölkələrində sığınacaq tapmış terrorçuların fəaliyyətinin qabaqlanması da bura əlavə olunarsa, fəaliyyətin çoxşaxəliliyi və mürəkkəbliyi daha da aydın olar. Belə bir cətin şəraitdə ən mühüm məxfi təşkilatın prezidentə tabe olması isə çox doğru və vaxtında atılmış addımdır.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI