PARADOKS

AKTUAL

Ağcaqanad sancan qadın nə vəziyyətə düşdü – FOTO

25-08-2017, 15:09
  •     
  • Dünya |
  •  Oxunma: 72

Ağcaqanad sancan qadın nə vəziyyətə düşdü – FOTO Banqladeşdə parazit sürfələri daşıyan ağcaqanadların sancdığı qadın infeksiyadan sonra fil xəstəliyinə düçar olub.

“Ölkə.Az” xəbər verir ki, infeksiyadan sonra sağ ayağı şişən qadın dəhşətli mənzərə ilə qarşılaşıb.

Hadisə 18 il əvvəl baş verib. Ağcaqanad sancan qadının həyatı məhv olub. 40 yaşlı qadın 18 ildir ki, fil xəstəliyi ilə yaşayır.

Rezia Begum adlı qadın hazırda Banqladeşin “Dhaka Medical College” xəstəxanasında müalicə olunur. Xəstə qadın uşaqlarına baxa bilmir və ehtiyaclarını qarşılaya bilmir.

Müalicə alan qadın deyib: “20 il əvvəl heç bir problemim yox idi. Ayağım da normal idi. 2-ci övladımı dünyaya gətirdikdən sonra sağ ayağım yavaş-yavaş şişməyə başladı. Bir problem olduğunu anlamışdım. Xəstəxanaya müraciət etdim və fil xəstəliyinə yoluxduğumu öyrəndim. Sağ ayağımın çəkisi hazırda 60 kq-dır. Hətta tualetə də təkbaşına gedə bilmirəm”.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI