PARADOKS

AKTUAL

Türkiyə Ermənistanla sərhəddə divar tikəcək

28-06-2017, 14:00
  •     
  • Dünya |
  •  Oxunma: 165

Türkiyə Ermənistanla sərhəddə divar tikəcək Türkiyə hökuməti Suriya ilə sərhəddə təhlükəsizlik divarının tikintisini yekunlaşdırdıqdan sonra, belə bir layihənin Ermənistan və İran sərhədlərində də gerçəkləşdirmək niyyətindədir.

Oxu.Az-ın xəbərinə görə, bu barədə ANFNews informasiya agentliyi məlumat yayıb.

Qeyd olunur ki, Ermənistanla sərhəddə üç metr hündürlüyündə olacaq beton bloklardan ibarət divar Türkiyənin Ardahan, Qars və İğdır vilayətləri boyunca ucaldılacaq.

Divarla yanaşı sərhəddə işıqlandırma sistemi, müşahidə kameraları və sensorlar quraşdırılacaq.

Bildirilir ki, Türkiyə bu addımı terrorçuluqla mübarizə çərçivəsində atır.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI