PARADOKS

AKTUAL

Hakerlər elektron siqaretin köməyilə fərdi kompüterlərə müdaxilə edə bilərlər – VİDEO

20-06-2017, 12:45
  •     
  • Dünya |
  •  Oxunma: 118

Hakerlər elektron siqaretin köməyilə fərdi kompüterlərə müdaxilə edə bilərlər – VİDEO Londonda keçirilmiş “BSides” konfransında informasiya təhlükəsizliyi üzrə ekspert Ross Bevinqton elektron siqaretin köməyilə kompüterə müdaxiləni nümayiş etdirib.

“ICTnews” xəbər verir ki, elektron siqaret vasitəsilə fərdi kompüterə müdaxilə ona əsaslanır ki, cihazlar enerji toplamaq üçün çox vaxt elektrik rozetkasına deyil, “USB” vasitəsilə kompüterə qoşulur. Əgər elektron siqaretə xüsusi mikrosxem daxil edilsə, kompüteri bunun klaviatura olduğuna “inandırmaq” olar və bu halda kompüter qurğu tərəfindən göndərilən komandaları yerinə yetirməyə başlayacaq. Elektron siqaretlə trafikin qarşılıqlı əlaqəsini nəzərdə tutan başqa hücum variantı da mövcuddur.

Bir çox istifadəçilər artıq hücumu sınaqdan keçirərək “YouTube” videohostinqində video yerləşdiriblər.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI