PARADOKS

AKTUAL

ABŞ Əsəd qüvvələrinə zərbə endirdi

19-05-2017, 02:14
  •     
  • Dünya |
  •  Oxunma: 414

ABŞ Əsəd qüvvələrinə zərbə endirdi ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriyada hökümətyönümlü qüvvələrin mövqelərinə zərbə endirib. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, zərbə hökümətyönümlü silahlı dəstələrin ABŞ-ın dəstəklədiyi müxalifət qüvvələrinə hücumunun qarşısını almaq məqsədilə endirilib.

İlkin məlumata görə, koalisiyanın zərbəsi xəbərdaredici xarakter daşıyır.

İnsident Suriya-İordaniya sərhədi yaxınlığında baş verib.

“Yol ilə hərəkət edən konvoy xəbərdarlıq cəhdlərinə məhəl qoymayaraq, koalisiya qüvvələrinin At Tanfadakı mövqelərinə doğru irəliləyib”, - deyə amerikalı hərbi mənbə bildirib.

Pentaqon nümayəndəsi zərbənin endirildiyini təsdiqləyib: “Müəyyən edilmiş deeskalasiya zonasında hərəkət həmin dəstələr koalisiya qüvvələrinə təhlükə yaradıb”.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI