Türkiyədə daha 32 nəfər koronavirusdan ölüb

23:55 23-05-2020 8

Son sutka ərzində Türkiyədə daha 1186 nəfər koronavirusa yoluxub, 32 nəfər isə ölüb.

Bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca sosial media hesabında bildirib.

Bununla da ölkədə koronavirus qurbanlarının ümumi sayı 4 308 nəfərə çatıb. Yoluxanların ümumi sayı isə 155 686 nəfər təşkil edir.