Kamil Zeynallı azadlığa çıxdı - FOTO

20:45 22-05-2020 10

Karantin qaydalarını pozduğu üçün 10 sutka həbs olunan məşhur fitnes məşqçisi Kamil Zeynallı azadlığa çıxıb.   

milletinsesi.info xəbər verir ki, mayın 12-də Nərimanov rayonu ərazisində karantin rejiminin qaydalarını pozduğu üçün saxlanılan K.Zeynallı Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 10 sutka müddətinə azadlıqdan məhrum olunmuşdu.  

K.Zeynallı bu müddət ərzində Daxili İşlər Nazirliyinin Binəqədi rayonunda yerləşən İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində saxlanılıb.  

Qeyd edək ki, ölkədə tədbiq olunan karantin rejimi müddətində K.Zeynallı kasıb və imkansız ailələrə yardımlar edərək, insanların rəğbətini qazanıb.  

Rəşad Əliyev