Əməkdar artist qızının toyunun vaxtını açıqladı - ÖZƏL + FOTO

16:10 22-05-2020 13

Əməkdar artist Nüşabə Ələsgərli ötən ilin dekabr ayının sonunda nişanlanan qızının toy tarixini açıqlayıb.

Bu barədə sənətçi milletinsesi.info-ın əməkdaşı ilə söhbətində deyib.

“Yollar açılsa, qızımın toyu olacaq. Yollar bağlı qalsa, təxirə düşəcək. Qızım Nigarın toyu həm Bakıda, həm də xaricdə olacaq. Hazırda Nigar Bakıda, nişanlısı Gino isə xaricdədir”, - deyə müğənni bildirib.

Qeyd edək ki, Əməkdar artist Nüşabə Ələsgərlinin qızı Nigar Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində çalışır. Nigarın ailə quracağı Gino isə aşpazdır.

Rəşad Əliyev