Dağlıq Qarabağda erməni əsgər güllələnərək öldürülüb

11:20 20-05-2020 23

Dağlıq Qarabağda işğalçı Ermənistan Silahlı Qüvvələrinin hərbi hissələrindən birində əsgər ölüb.

Bu barədə “newsarmenia” xəbər yayıb.

2000-ci il təvəllüdlü Henrix Armayanın naməlum şəraitdə ölümcül güllə yarası aldığı vurğulanıb.

Hadisənin səbəblərini araşdırmaq üçün istintaqa başlanılıb.

İstintaq Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, faktla bağlı qətl maddəsi ilə cinayət işi açılıb.