Əliağa Cəfərovun
" Qətliam, Xocalıda qanlı gecə " adlı kitabı Türkiyədə nəşr olunmuşdur

22:54 11-10-2020 94

Bu günlərdə Azərbaycanlı alim, filologiya elmləri doktoru, araşdırmaçı  yazıçı,Həkəri qəzeti redaksiyasının fəxri üzvü Əliağa Qulam oğlu Cəfərovun Xocalıda qanlı gecə adlı kitabı Türkiyədə kütləvi tirajla " Katliam" adıyla çap olunmuşdur.
AMEA - nın 
Akademkitab Kitab evinin direktoru   Əliağa Cəfərov  öz sevincini bizimlə bölüşdü və tarixi faktlarla zəngin olan kitab haqqında qısa məlumat verdi.
510 səhifəlik " Katliam"  kitabı Azərbaycan həqiqətlərini, xüsusilə erməni vandallarınin Xocalı şəhərində  vəhşiliklə törətdikləri soyqırım haqqinda  dəqiq  faktları türkdilli oxuculara çatdırmaqla hər kəsdə insanlığa sığmayan  erməni işğalçılarını pisləməklə yanaşi bəsəriyyətdə  ermənilərə  qarşı nifrət oyadır.
Kitabın çap olunmasında əməyi olan türk qardaşlarımıza təşəkkür edir və Əliağa Cəfərovun geniş və çoxşaxəli yaradıcılığında  eloğlumuza can sağlığı arzulayırıq.
" Katliam" kitabının 131- çi səhifəsindən oxuyuruq;
Peki Ermeniler demediler mi,yüz atmış yıl oncə Rus imperiyasının yardımıyla Azerbsycan' ınen kadın topraklarından olan İrəvan hanlıği erazisinde kendi yerlerini olusdurdular? Səksən yıl sonra Vedi civarını, Dereleyez' i, sonra Zengezur' u, Basarkeçer' i, Ğöyce' nin arazisini ele geçirip Ermənistan Devletini olusdurduklarıni söylemediler' mi ?
Rövşən erməni lərin həyasızlığı dan ötürü kəndini kaybetmişsin.Bu kadar torpaqlarımızı alıyorlar, dişləri şuraya battı,şimdi de Karabağ' ı  koparıb almaq istəyirlər.Rus kardeş, yonetimdekiler buna kayıtsız alsalar  da
halk kendi topraklarının bir karışından bile vazkeçecek değil.Ermeniler ve dəstəkçiləri bunu unutmasın"
Kitabın 141- çi səhifəsindəki epizod ermənilərin vəhşi hərəkətlərini canlı olaraq sübut edir. Xocalıdan didərgin düşən türklərə qarşı amansız işgəncələri görən Andrey Boktanov ;
" Bizi zorla tutamazlarki? ..Beyaz bayrak çıkarın , gideceyiz..."
İki beyaz bayrak hazırladılar. Andrey Boktonov' la Sergey Kurminov bayrakları ellerinde tutaraq , kalın kara bata bata Ermenilerin karakoluna doğru gittiler.Kalın kifayət geyinmiş ve silahlı beş altı erməni onları karşıladı .
" Dost karakola ulaştığında Andrey Boktanov cəsur cesurkonusdu. " Hava doğum, burada kadınlar, çoçuklar var, dayanamıyorlar , yoldan çəkilin, buranın geçin gitsinler."
Erməni askerlerin bir teklifine şaşırıp kaldılar. Şaşkın bakışlarını ondan almayan birisi sordu;
" Siz kimsiniz?"
" Biz Rus' üz , Rus ordusunun eskerleriyiz.'
" Sizi buna kim çağırdı ? Gedin kendi Rusiya ' nıza .Burası bizimkidir."
" Öyle biz də onu istiyoruz . Müsaade edin bu insanlarla çıkıp bölüm"
Ermənilərdən biri irəli geldin;
" İt oğlu it. " dedi ve elinde ateşe hazır durumda tutduğu tüfəngin namusunu yıkarım kaldırdı .Ateş sesi ətrafa yayıldı.Kurşunlar peş peşə namludan çıkarak her iki eşlerin göğüsüne , karnına değdi.Onlar kesilmiş ağac gibionce diz üstə çökdüler, sonra da yüz üste karın üzerine düşdülər." Ne  Türklere , ne de size buradan yol yok.Gelib benden yer istiyor, bak şuna! ...Bu da senin yolun , git bir daha geri gelme" - deyə bağırdı." Ermənilər əsr türk  qadınlarına, uşaqlara aman vermədən  işgəncə verərək qətlə yetirdilər. Əsgərlərimizin başını kəsərək  ağlasığmaz, amansız hərəkətlər etdilər.
" Katliam"  kitabını oxuyarkən insan dəhşətə gəlir.
Şəkər xəstəliyindən, qan təzyiqindən və ürəyindən çox əziyyətlər çəkən Əkiaga Cəfərov əsir düşmüş yarımcan insanlarla söhbət edərkən gözləri yaşarır, qəlbi sızlayır yuxusu ərşə çəkilirdi. Bu gün də dəva dərmanla yaşayan müəllif haqda ətraflı yazmaqla vətənpərvər ziyalımızı  oxucularımızla daha yaxından  tanış etmək istəyirik:
Əliağa Qafar oğlu Cəfərov 16 may 1954- cü  ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açmışdır. Ailə vəziyyəti ilə əlaqədar valideynləri 1955- ci ildə ata- baba yurdu olan Qubadlı rayonunun Əliqulu uşağı kəndinə köçmüşdür.
Gözəl bir məkanda böyüyüb boya- başa  çatan Əliağa 1960- cı ildə kənd orta məktəbinin birinci sinfinə getmiş və 1970- ci ildə isə  qocaman məktəb olan Əliqulu uşağı kənd orta məktəbini müvəffəqiyyətlə bitirmişdir.
Elə həmin ildə də imtahan verərək  Sumqayıt Politexnik texnikumunun " Sənaye və Mülki tikinti" fakültəsinə daxil olmuş və  1973- cü  ildə həmin texnikumu bitirərək
" İnşaatçı- texnik " ixtisasına yiyələnmişdir.1973-75- ci illərdə sovet ordusu sıralarında hərbi xidmətdə olmuş və xidməti dövründə hərbi kürsü bitirərək " Partladıcı - istehkamçı  diplomunu  almışdır.
Əliağa Cəfərov ordudan tərxis olunduqdan sonra Sumqayıt Superfosfat zavodunda 5- ci dərəcəli bənna vəzifəsinə işə qəbul olunmuş və nümunəvi işçi olaraq 1975-79- cu illərdə həmin zavodun komsomol komitəsinin katibi vəzifəsinə seçilmişdir.
O, 1978- ci ildə qiyabi olaraq S.M.Kirov adına Azərbaycan Dövlət Universitetini ( indiki Bakı Dövlət Universiteti  adlanır) " Kitabxanaçılıq " fakültəsinə daxil olmuş və 1984- cü  ildə həmin universiteti bitirərək
" Yüksək ixtisaslı kitabxanaçı - biblioqraf " ixtisası almışdır.
Əliağa Cəfərov 1979- cu ildə Sumqayıt Superfosfat zavodunda əvvəlcə usta, sonra isə Maddi - Texniki Təchizat şöbəsində böyük mühəndis vəzifəsinə irəli çəkilmişdir.
1983- cü  ildə  həmin zavoddan öz ərizəsi ilə işdən çıxmış və ixtisasına uyğun olaraq " Azərkitab" Respublika kitab ticarəti birliyinin Sumqayıt şəhərində yerləşən 69 saylı kitab mağazasına baş satıcı vəzifəsinə işə qəbul olunmuş və 1984- cü  ildən etibarən həmin mağazaya direktor təyin edilmisdir.
1988- ci ildə Moskva Dövlət Mətbuat Akademiyasının aspiranturasına qəbul olmuş və " Azərbaycanda kitab ticarətinin meydana gəlməsi və inkişafı " mövzusunda dissertasiya yazaraq müdafiə etmişdir. Respublikada ilk kitabşünas olaraq  kitabşünaslıq üzrə  tarix elmləri namizədi elmi dərəcəsi almısdir.
1990- cı ildə Sumqayıt şəhərində yerləşən yeddi kitab mağazası birləşdirilərək " Azərkitab" - ın Sumqayıt şöbəsi yaradıldı.
Əliağa Cəfərov həmin birliyə direktor təyin olundu.
O, 1993- cü  ildə " Azərkitab" Respublika kitab ticarəti birliyinin plan - iqtisad şöbəsinə rəis vəzifəsinə təyin olunmuşdur.
Yüksək təşkilatçılıq bacarığı , biliyi nəzərə alınaraq Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə Əliağa Cəfərov  SSRİ Elmlər Akademiyasının Moskva şəhərində fəaliyyət göstərən
" Nauka" nəşriyyatının Bakıda yerləşən
" Akadəmkirab"  kontoruna direktor təyin olunmuşdur.
Əliağa müəllim həmin vaxtdan bir çox struktur dəyişikliklərinə baxmayaraq indiyə kimi
" Akadəmkirab" da həmin vəzifədə ləyaqətlə çalışır.
Əliağa Cəfərov 2001-2004- cü  illərdə Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur.
Hələ orta məktəbdə oxuyarkən  bədii yaradıcılıqla məşğul olan Əliağa Cəfərovun 1967- ci ildən etibarən dövri mətbuatda hekayələri, mənzum şeirləri , yüzdən artıq müxtəlif səpkili elmi, elmi- publisistik məqalələri çap olunmuşdur.
Əliağa Cəfərovun
" Sasanilər imperiyası 3-5 ci əsrlərdə", ( rus dilində) elmi əsəri, " Xocalı faciəsi" (2001), " Bəlalı dağlar", (2004) ,"Puç olmuş arzular" (2007),
" Qırğın"(2018), romanları çap olunmuşdur.
Üç cildlik " Azərbaycan dilinin izahlı lüğəti " nin tərtibçilərindən biri olmuş Əliağa Cəfərov 5 cildlik
" Azərbaycan dastanları " nı, 5 cildlik " Azərbaycan nağılları" nı, 2 cildlik " Azərbaycan Folkloru antologiyası" nı, " Koroğlu " və " Qaçaq Nəbi dastanlarını yenidən işləyərək nəşr etdirmişdir.
Yorulmadan yazıb yaradan və  mənalı ömrünü  insanların dostu olan  kitabxana həyatına həsr  etmiş Əliağa Cəfərovun " O , insanlara yaxşılıq üçün gəlmişdi" ( 2008),
" Arzular, ümidlər məktəbi"(2015)," Aşıq repertuarında " Koroğlu" dastanı ", (2011), " Azərbaycan " Koroğlu" dastançılığı
ənənələri " (2011), monoqrafiyaları nəşr olunmuşdur.
Müxtəlif sahələrə aid yüzə yaxın kitabların redaktoru, məsləhətçisi olmuş Əliağa Cəfərov tərcüməçilik fəaliyyəti ilə də məşğul olmuşdur. Belə ki, Ə. Şamilovun " Dim- dim qalası", " Tibb bacısının məlumat kitabı", Ç. Abdullayevin " Göy mələklər" kitabılarını  tərcümə edib nəşr etdirmişdir.
Vətənpərvər ziyalı olan Əliağa Cəfərov ilk dəfə olaraq 170 ildən sonra A. Xodsko tərəfindən Londonda 1842- ci ildə ingilis dilində nəşr edilmiş " Koroğlu" dastanını Azərbaycan dilinə tərcümə etdirib , ön sözlə, faksimillə birlikdə nəşr etdirnisdir.
Əliağa Cəfərov 2015- ci ildə AMEA Folklor institutunda doktorluq işini bitirib dissertasiyasını uğurla  müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır .
Əliağa Cəfərov Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvüdür.
" Xocalı faciəsi " romanına görə " Qızıl qələm media mükafatına və bir sıra fəxri diplom, təşəkkür, fəxri fərmanlar  və sair  mükafatlara layiq görülmüşdür.
Əsirlikdə inləyən Həkəri çayımızın adını yaşadan eyni adlı qəzetimizin fəxri heyətinin üzvü olaraq Əliağa Cəfərovun  fəaliyyətı xüsusilə təqdirə layiqdir.
Azərbaycan ensiklopediyasında ötən il  görkəmli alimin fəaliyyəti və yaradıcılığı barədə geniş məlumat  dərc olunmuşdur.
Üç övlad atası olan Əliağa müəllim nümunəvi ailə başçısı olmaqla yanaşı  övladlarını  ömur- gün yoldaşı ilə birlikdə vətənpərvər ruhda böyutmuşlər.
Beynəlxalq  idman yarışlarında iştirak edən oğlu ölkəmizi beynəlxalq yarışlarda ləyaqətlə təmsil etmiş dəfələrlə dünya və Avropa çempionu olmuşdur .
Bu yeni bir şad xəbər hər birimizi sevindirdi.
Qardaş Türkiyə Respublikasında Əliağa Cəfərovun " Qırğın" adlı kitabı "  Qətliam Xocalı , qanlı gecə " adıyla  kütləvi tirajla çap olunmuş kitabında  erməni quldurlaının isgalçıliq siyasətvə törətdikləri Xocalı Soyqrımı
barədə dəqiq məlumatlar təkzibolunmaz faktlarla 510 səhifəlik kitabda türkdilli oxuculara təqdim edilmişdir.
Əliağa Cəfərova  uzun və sağlam  ömür , can sağlığı və yeni - yeni yaradıcılıq uğurları arzulayırıq.
Görkəmli elm fədaisi,  alim,kitabşünas, yazıçı Əliağa Cəfərovun səmərəli xidmətləri inanıram ki, tezliklə dövlətimiz tərəfindən də layiqincə qiymətləndiriləcəkdir

Rauf İlyasoğlu ,
" Həkəri" qəzetinin baş redaktoru, şair- publisist.