Vupi Qoldberq: “Sister act” filminin davamı hazırlanır” - FOTO

06:45 11-10-2020 25

Vupi Qoldberq məşhur “Sister act” komediyasının üçüncü hissəsinin çəkilişi ilə bağlı söz-söhbətləri təsdiqləyib.

Film.ru-nun məlumatına görə, bu barədə aktrisanın özü xəbər verib.

Onun sözlərinə görə, filmin davamı aktiv inkişaf mərhələsindədir.

Baş rol ifaçısı onu da vurğulayıb ki, studiya uzun müddət üçüncü hissənin tamaşaçıları nə dərəcədə maraqlandıracağını düşünüb və sonradan filmin ardını çəkmək qərarına gəlib.

Hazırda bütün köhnə komandanı necə bir araya gətirmək düşünülür.

Xatırladaq ki, filmin orijinalı 1992-ci ildə çıxıb. Süjetdə cinayət şahidi olan və rahibə adı altında monastra sığınmaq məcburiyyətində qalan müğənni Doloresdən bəhs edilir.